00:00
02:40
Hazırda bu mahnı ilə bağlı heç bir əlaqəli məlumat mövcud deyil.
Atasan bu dənizə özünü, o qədər boğulasan ki
Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni
Ancaq yuxularda gələsən görüşlərə
Ya da ki içdiyin zəhrimarlar qurutsun səni
Atasan bu dənizə özünü (o qədər boğulasan ki)
Fəryadın qovuşsun haraylara
Son dəfə həsrətlə baxasan qağayılara
Atasan bu dənizə özünü, çırpılasan qayalara
Yazdığım bütün şeirləri də yırtıb aparasan
Bu yarımadanın bağrından natamam qalan
Bütün sevgiləri də dartıb aparasan!
Atasan bu dənizə özünü, heç kəslə barışmadan
Güvəndiyin dağların qarı dumana qarışmadan
Varlı-kasıb yarışmadan, çıxartmadan təmizə düzünü
Siqareti yarım çəkib atasan bu dənizə özünü
Mavilərdən iyrənib dostuna çevriləsən mavi ləpələrin
Görəsən ki, mavi dalğalar necə səpələnir
Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan
Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı
Pıçıldayasan bu cümləni
"Sən varsan, varam, sən yoxsan, yoxam!"
Necə də gülməli!
Atasan bu dənizə özünü qürura toxunmadan
Onsuz da yox olmusan, daha da yox olmadan
Dostlarla da artıq getməyəsən çiyin-çiyinə
Bir də həmin saçların ətrini dəyişəsən dəniz iyinə
Dərin nəfəs alıb, hər kəsdən qisas alıb, ölümlə həyat kimi
Onunla mən - Məkkə və Mədinə, Dəclə və Fərat kimi
Onsuzda əbədiyyət heç vaxt sevməmişdi əbədiləri!
(Heç vaxt)
Bizimsə dualarımız açıq havalardan titrədirdi
Müqəddəs sayılan məbədləri
Atasan bu dənizə özünü heç kəs oyanmadan
Sübh namazından öncə, azan dayanmadan
Yağış yağmadan, ya da yağış əvəzinə daş yağmadan
Qurunun oduna yaş yanmadan, yalanlarla baş aldadan
Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü
Sevgilərdə saxlayasan "salam-sağ ollar"da
Əlvidalara çatmamış saxlayasan yarı yollarda
Mən isə darıxdım, səslədim səni
Yemək sırası səbirsiz gözləyən
Kimsəsiz uşaq kimi səbirsiz gözlədim səni
(Atasan bu dənizə özünü...)