background cover of music playing
Günbatımı - BADCLAUSE

Günbatımı

BADCLAUSE

00:00

03:05

Song Introduction

Hal-hazırda bu mahnı haqqında məlumat mövcud deyil.

Similar recommendations

Lyric

Mәn o qәdәr gözәl yazdım, özünü tapdın hәr bir sәtirdә

Guya ki, xoşbәxt idik - yazılır sәmimi mәtnlәr

Ən gözәl yalanları bәzәmişdin sәmimiyyәtinlә

Necә unutmusansa, sәnin qoxun gәlmir әtirdәn

Ömrümü apardı illәr, qalmadı gözlәrindә qәm

Nә qәdәr incisәm dә qapım açıqdır, gәlmәk istәsәn

Qәlbimi qırdın, xәtrimi yerlә bir elәdin

Yәqin, gözәl gözlәrin üzümü dә görmәk istәmәz

Sәni düşünәndә hallı oluram, mәni ayıq axtar

Dedin ki, "sonra danışaq" - keçibdir 4 ay o vaxtdan

Sәnsiz sıxır hәyat, uzaqdayam paytaxtdan

Demәli, hәlә dә sevirәm, sәni silmәdimsә kontaktdan

Sәn sarı yarpaqlara әmanәt elәdin hisslәri

Mәn payızı sevәn qaranquştәk hәsrәtәm sәnә

Biz hәrşeyi bir qırağa atıb dәrdi gizlәdik

Siz xoşbәxt olun elә vә o sәnә mahnı bәstәlәr

Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında

Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk

Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını

İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında

Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk

Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını

İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

Bir yuxu gördüm, gördüm mәnimlәsәn

Hәyatım taxta üstә, qoşa gәlmәdi әlimdә zәr

Hәr dәfәsindә adını yazanda mәnim әlim әsәr

Sevgiyә canını verәn adam ruhәn әlil gәzәr

Yoxluğun әsdirmir dodaqlarımı, çox hәzindir

Sәni bir dәfә qucaqladım, qoxun ömürlük әlimә sindi

Dedim ki, bir dәfә unutmuşdusa daha sevmәz indi

Gedişin 4 ay oldu, әlimdә illәr әzildi

Bilirdin ki, şeir elәmәk sәnçün mәnim әlimdә heç nә idi

Bir vaxtı arzumuz var idi - "gәlin-bәy" istәkdir

Sonuncu görüşdәn sonra öldüm, kәfәn dәyişib әyni

"Mәn sәni sevirәm"lәri başa düşdüm. "Gedirәm" nәydi?!

Arada qonaq gәlirsәn hәyatıma, cәnnәti görürәm

Ertәsi gündәn çox qorxuram ki, uzaq olasan

Şәrabla dönürdü dünya, aparır hәsrәtin ölümә

Qürurumu yerlә bir etmişdim ki, sәn uca olasan

Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında

Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk

Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını

İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında

Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk

Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını

İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk

- It's already the end -