background cover of music playing
Kişidi Bu - Eyyub Yaqubov

Kişidi Bu

Eyyub Yaqubov

00:00

05:00

Similar recommendations

Lyric

Nəyinə lazımdır zurna, dəf, klarnet, balaban?

Nəyinə lazımdır muğam, "Американский" oğlan?

Neyləyirsən segahı, neyləyirsən dəsgahı?

Səninki kenqlman "Американский" oğlan

Səninkidir restoran, "Amerkanski" oğlan

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

Əsl müsəlmandır bu

Qaqaşdı bu, kişidi bu

Tanımırsan Vaqifi, tanımırsan Sabiri

Səninkidir иностран, "Американский" oğlan

Hələ ki, vardır soyadın, hələ ki, vardır insafın

Ana vətən – Azərbaycan, ayıl ginən, ay oğlan

Çağırır Azərbaycan, ayıl, Amerikan oğlan

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

Əsl müsəlmandır bu

Qaqaşdı bu, kişidi bu

Əcnəbi dilində evdə, ailədə danışırdı

Axı de görüm, bəs niyə dilimizdən utanırdı?

Nə rus kimi rusdur, nə fransız kimi fransız

Nə ondandır, nə bundan, "Американский" oğlan

Nə ondandır, nə bundan, "Американский" oğlan

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

"Фирменный" oğlandır bu

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

Lavaşdı bu, kişidi bu

"Современный"dir, "симпотичный"dir

Əsl müsəlmandır bu

Qaqaşdı bu, kişidi bu

Əsl müsəlmandır bu

Qaqaşdı bu, kişidi bu

Hanı bir yari vəfadar, bizə yar olsun

Dini məhcurimizə dil veribən zar olsun

Vermə nadana könül, sirrini agah etmə

Demə eşq əhli gərək dəhridə biar olsun

Arzumdur vətənimdə yaşayan hər bir kəs

Qəzələ, musiqiyə, şeirə həvəskar olsun

Ey cavanlar, sizi tarı, sizə canım qurban

Qoymayın siz bu muğamatımızı xar olsun

Hərənin əqlinə hər nə gəlir, ifa eləyir

Musiqini zay eləsək bizlər üçün ar olsun

Musiqini zay eləsək bizlər üçün ar olsun

Qoymayın siz bu muğamatımızı xar olsun

- It's already the end -