background cover of music playing
Bəlkə Də Nə Vaxtsa - Noton

Bəlkə Də Nə Vaxtsa

Noton

00:00

03:30

Song Introduction

Hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

(Bəlkə də nə vaxtsa)

Qəlbimiz axmağın birini seçər

Boş ver, olanları unudub keçək

Yuxuda sayıqlayım, bitməsin gecə

Vodka'nı göz yaşıyla qarışdırıb içək

Ölürük, bu deyil ki dəlilik

Anladım ki, ikimiz də dəliyik

Bir aralar dünyam olmuşdun

Sevgimiz buzdur amma dünyamız əriyir

Ətrini ot kimi doldurub çəkirəm

(Artıq çox gecdir)

Səmada ulduzlarla şəklini çəkirəm

(Bəlkə də nə vaxtsa)

Ayrılıq acıdır, onu bu gecə mən çəkirəm

Qorxub da geriyə deyiləm mən çəkilən

Heç kimi tanımaq istəmirəm

Çünki qəlbimə girənlər qonaq olmasın

Ürəyimdən güzgünü söküb atdım ki

Bir də onu gəlib qıran olmasın

Uduzan bu sevgidə bizim kimilərdir

Sayımız həmişə artıb

Bir zaman eləmərəm dediyimiz hər şeyi

Baxırsan ki, dostum, eləmişik artıq

Bakı kimi yorğun və dərd dolusan

(Artıq çox gecdir)

Şam kimi əriyib də məhv olursan

(Bəlkə də nə vaxtsa)

Getməliyəm artıq, məni yola sal

(Çox utanırsan)

Qəlbimə gedən bu gün hər yol sən

Tək yatır, oyanır o səhər mənlə

Sevgi şərab kimidir, çalış zəhərlənmə

Sənə olan sevgimi bitirdim

Mən səni yox, sən məni itirdin

Keçirdik onunla xeyli yaxşı vaxt

Sevgimi görmürsənsə, gözümə yaxşı bax

Hahahaha görüşərik nə vaxtsa, özünə yaxşı bax

Sevgimiz köhnəlib, götür onu təzələ

(Artıq çox gecdir)

Çatmırıq limana, gecikirik tez elə

(Gəmi ordadır)

Yanıb sönür bizim üçün mayak bütün gecələr

(Bəlkə də nə vaxtsa)

İçimdəki uşağı mən atmışam Xəzər'ə

Sərxoşam hər gün, hər gecə

(Artıq çox gecdir)

Bağlandım mən sənə necə?

Boş ver hər şeyi, gəl içək

(Bəlkə də nə vaxtsa)

Yaralar zamanla keçər

Sərxoşam hər gün, hər gecə

Bağlandım mən sənə necə?

Boş ver hər şeyi, gəl içək

Yaralar zamanla keçər

Yaralar zamanla keçər

Yaralar zamanla keçər

Yaralar zamanla keçər

- It's already the end -