background cover of music playing
Sən Gəlməz Oldun - Pranga

Sən Gəlməz Oldun

Pranga

00:00

04:50

Song Introduction

"Sən Gəlməz Oldun" Pranga tərəfindən ifa olunan məşhur mahnıdır. Bu əsər sevgi və ayrılıq temalarını işləyir və Pranganın unikal səsi ilə dinləyicilər arasında geniş populyarlıq qazanıb. Mahnı, müasir Azərbaycan musiqi səhnəsində özünəməxsus yerini tutmuş və çoxsaylı musiqisevərlərin rəğbətini qazanmışdır.

Similar recommendations

Lyric

Amma onun şəmatəti, Allaha xoş gəlmiyubən

Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa

Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa

Cismin əziz, xəyalın özündən də əziz

İllər ötdükcə unudulur o gözəl üzün təmiz

Sevmədilər gözünü, dedilər, Bakıya bəsdir bir dəniz

Bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz

Sanki sənə yazılır bütün nəğmələr

İllər keçər, aylar ötər, geriyə qalan xatirən də köhnələr

Gətirmədi nə payızlar, nə baharlar səni

Gətirmədi nə gəmilər, nə qatarlar səni

Mən hələ də gözlərəm o köhnə yerdə köhnə yağışlarla

Hər gələn gəmini yola salaram eyni baxışlarla

Bəlkə gəldin, hələ də bəlkələrdir ümidim

Sən gəlməz oldun... Nə edim mən?

Uçuşur səmada xəyallar bax

Ayırır səni məndən uzaqlar

Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca

Dəyişən nədir məndən uzaqda? (Xatirələri qucaqla)

Göy gözü göydən də gözəl qadın

Bu yerlərdə yoxluğun bir gün belə azalmadı

Nə yandırdı vərəqini? Nə sındırdı qələmini?

Nə mane oldu ki, bir məktub belə yaza bilmədin?

Baharlar da gəlmədi, sən gedəli yaz olmadı

Yalan yox, səndən ötrü darıxdığım az olmadı

Həzin rekviyem, buludlar və qırmızı çətirin

Sol yanımda qızılgüllər əkərdim ki, getməsin ətrin

Siyah bəxti gözümdən də siyah qadın

Canı sənə qurban demişəm, qiblən hayandadır?

Mən heç vaxt bir anamın laylasına

Bir də sənin güllər açan gülüşlərinə doyammadım

Nə gözəl qocalmışıq biz

Səadəti də bədənimiz kimi borc almışıq biz

Kaş ki yenə də evdə yalan deyib gələydin

Məktəb illərindəkitək saçını yığıb, bəyaz geyib gələydin

Kəsmə qızıl hörüklərini, onlara toxunma nə olar

Yaralı ruhum o yollarda yorulmuşdu, mənə tanışdı o yollar

O yollarda bir səhər Palçıq Adam Yağış Qadın-a vurulmuşdu

Mən yanaram fərağında şam-ü səhər səndən iraq

Xoş günlər onsuz da keçir, ağrıları da zamana burax

Deyirlər ki, qadınlar saçlarını kəsərək intihar edir

Şairlərsə şeirlərini yandıraraq

Özümlə qaldım, zülfün ətri dizimdə qaldı

Gedəndə bütün o yaşanmışları özünlə aldın

Sən bir parça şeirlərdə, bir az gözümdə qaldın

Səni mənə verən Allah məni özümdən aldı

Saçları şeir qadın, qəmz-ü zənəxdanına qurban

Daha bu köhnə ev də qoxunla dolmur

Gör nə gündəyəm ki, toxuna da bilmirəm sənə

Axı xəyallara toxunmaq olmur

- It's already the end -