00:00
02:57
Hazırda bu mahnı haqqında məlumat yoxdur.
Nəğmə susdu dodaqlarda
Dilə gəldi tüfənglər
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər
Cəbhələrdə bir əsgər
♪
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu
Görmədik biz gül dəstəsi
Görmədik biz oyuncaq
Ata səsi, ana səsi
Eşitmədik doyunca
Eşitmədik doyunca
♪
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri
Gözlədik al səhəri