00:00
06:10
"Bağlanıram" Aygün Qasımovanın ən sevilən mahnılarından biridir. Bu əsər, sənətçinin güclü vokal performansı və emosional məzmunu ilə dinləyicilərin ürəyinə toxunur. Mahnı, melodik quruluşu və dərin sözləri ilə geniş kütlələr tərəfindən bəyənilmiş və musiqi sevərlərin siyahısında öz yerini tapmışdır. Aygün Qasımova, bu mahnı ilə öz yaradıcılıq repertuarını zənginləşdirərək, Azərbaycan musiqisində əhəmiyyətli bir yerə sahib olduğunu bir daha sübut etmişdir.
Mən istərəm ki, açasan sən ürəyini
Mən istərəm ki, açasan sən ürəyini
♪
Səninlə görüşəndə, ah, necə sərbəst oluram
Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram
Atıram iş-gücümü, qollarında məst oluram
Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Çox şeyi danışmıram qaraltmamaq üçün qanını
Sən bilirsən, sevirəm canımdan artıq canını
Elə hallar da olur ki, görürəm nöqsanını
Danışım, danışmayım, içimdə alışıb yanıram

Mənim əməllərimi nöqsan hesab eyləmisən
Amma bu böylə deyil, hey yanıram, odlanıram
Amma bu böylə deyil, hey yanıram, odlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Mən istərəm, sən hər an məni anlayasan
Mən istərəm, sən hər an məni anlayasan
♪
Yağışın damlasının pıçıltısını izləyirəm
O deyir: "Yar gələn yolları təmizləyirəm"
Gecikirsən görüşə, səbr eləyib gözləyirəm
Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram
Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
♪
Talayır, parçalayır köksümü süzgün baxışın
Sonra bir yarə qoyur üstə acı davranışın
Təki yağdırmayasan başıma hicran yağışın
Mənə xoşdur; hələ bu göz yaşımda islanıram

Aşiqə səbr eləmək, cananasa naz yaraşır
Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram
Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Mən istərəm, sən sevgimizə inanasan
Mən istərəm, sən sevgimizə inanasan
♪
Elə bir vaxt gələcək ki, xoş həyat görsənəcək
Çağıranda yarımı, "can" deyərək dillənəcək
Hələ bilmir nədir sevmək, sevəcək, öyrənəcək
Düşünüb, özüm-özümü aldadıram, aldanıram
Düşünüb, özüm-özümü aldadıram, aldanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram
Bəlkə mən düz eləmirəm